Yaşayış və qeyri-yaşayış obyektlərinin icbari sığortasına dair Tədbirlər Planı qəbul edilib
Ölçü:


"Yaşayış evləri və qeyri-yaşayış binalarının sığortalanmamasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub".

Koordinat.az
-ın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib. O, bu cərimələr yerlərdəki icra hakimiyyəti orqanları, qeyri-yaşayış obyektlərinə münasibətdə isə Fövqəladə Hallar Nazirliyi tətbiq etməlidir. İcbari Sığorta Bürosunun icraçı direktoru daşınmaz əmlakın icbari sığortası sahəsində mexanizmin effektiv işləməsi üçün artıq addım atıldığını da qeyd edib: "Baş nazir 21 may tarixində Tədbirlər Planı imzalayıb. Həmin Tədbirlər Planında bu sahədə mexanizmin işləməsi üçün təkliflərimiz də nəzərə alınıb".
24.06.2019 11:44:00
Oxuma sayı: 243