Gürcüstandakı rusiyalılardan Putinə etiraz - “Qayıtmaq istəmirik”
Ölçü:


Gürcüstanda yaşayan rusiyalılar Rusiya prezidenti Vladimir Putinin onların ölkəyə qaytarılmasına dair imzaladığı sərəncama münasibət bildiriblər.

Koordinat.az xəbər verir ki, rusiyalıların sözlərinə görə, onlar burada özlərini təhlükəsiz hiss edir və geri qayıtmaq istəmirlər.

“Kiminsə məni buradan Rusiyaya təxliyə etməsi məsələsi məni sevindirmədi. Biznesimdən əlavə, bütün həyatım buradadır. Bu, mənim qətiyyən xoşuma gəlmir”, - Tbilisidə yaşayan rusiyalı qadın deyib.

Rusiya vətəndaşları qeyd edir ki, yerli sakinlər, öz radikal baxışlarına baxmayaraq, onlara anlayış və qonaqpərvərliklə yanaşır. Bundan başqa, etiraz aksiyaları Tbilisinin mərkəzindədir, şəhərin qalanı isə əvvəlki kimi yaşamağa davam edir.
22.06.2019 10:07:00
Oxuma sayı: 182