Bu müəllimlər qayda pozuntusuna daha çox yol verib - qəbul imtahanında
Ölçü:


“Təhlillər göstərir ki, ötən ilin qəbul imtahanlarında nəzarətçi kimi iştirak edən ana dili və ədəbiyyat, idman, əmək, ibtidai təhsil, ingilis dili ixtisaslı müəllimlər riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya ixtisaslı müəllimlərə nisbətən qayda pozuntusuna daha çox yol verirlər”.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Belə ki, 2018-ci ildə qayda pozuntusuna yol verənlərin 17,1%-i ibtidai təhsil, 14,2%-i ingilis dili, 13,8%-i tarix, 12,7%-i ana dili və ədəbiyyat, 6,9%-i kimya, 4,4%-i əmək təlimi müəllimləridir.

Məlumata görə, son illərdə Sumqayıt şəhərinin, Qubadlı, Zəngilan, Bərdə, Yevlax rayonlarının məktəblərindən olan nəzarətçilər arasında qayda pozuntularına yolvermə hallarının daha çox olduğu müşahidə olunub.

Qayda pozuntusuna yol verən nəzarətçilərin ümumi sayı 275, ciddi qayda pozuntusuna yol verənlərin sayı isə 90 nəfərdir/Report.
21.06.2019 14:41:00
Oxuma sayı: 101