ABŞ İranı bombalamağa hazırdır
Ölçü:


"“The New York Times”ın xəbərinə görə, dünən İran ABŞ pilotsuz təyyarəsini (180 milyon dollar dəyərində) vurduqdan sonra Tramp cavab zərbələri barədə əmr verib. Gəmilər zərbə mövqeyinə çıxıb və təyyarələr havaya qalxıb, lakin son anda Tramp əmri təxirə salıb. Bu gün də xəbər var ki, Tramp Oman vasitəsilə Xamneiyə xəbər göndərib ki, gəlin danışıqlara başlayaq, əks halda hərbi gücə əl atmalı olacağam".

Koordinat.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. O, qeyd edib ki, İranın təhdid altında masaya oturması ehtimalı çox azdır. Bu səbəbdən də ABŞ-ın İrandakı bəzi hədəflərə zərbələr endirməsi ehtimalını kifayət qədər yüksək saymaq olar: "Trampı çəkindirən əsas amil hərbi əməliyyatın iqtisadiyyata mənfi təsiri, neftin qiymətini kəskin yüksəltməsi ehtimalıdır. Ona görə də, qərar veriləcəyi təqdirdə, əməliyyat lokal və qısamüddətli olacaq. İranın HHM sistemi və raket qurğularının hədəf alınacağı gözlənilir".
21.06.2019 15:37:00
Oxuma sayı: 46