Rusiyadan öz vətəndaşlarına çağırış: "Gürcüstanda vəziyyət daha da gərginləşəcək”
Ölçü:


“Gürcüstanda vəziyyət stabilləşməyincə, rusiyalı turistləri Gürcüstana səfər etməkdən çəkindirmək lazımdır”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirib. O qeyd edib ki, son illərdə Gürcüstan rusiyalı turistlər üçün sevimli yerlərdən biri olub: “Ancaq hələ ki, vətədaşlarımız Gürcüstana  səfər etməkdən çəkinməlidir”.

V.Cabarov deyib ki,  yaxın günlərdə Tbilisidə vəziyyətin daha da gərginləşməsi istisna deyil.

Qeyd edək ki, ötən gün Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçiriblər. Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər. Hadisə yerinə polis cəlb olunub. Etiraz aksiyasının iştirakçılarına xüsusi təyinatlılar tərəfindən rezin güllələrin atılması və gözyaşardıcı qazdan istifadə nəticəsində 16 nəfər xəsarət alıb. Onlardan 12 nəfərinin yüngül, 4 nəfərinin isə orta dərəcəli xəsarətlər aldığı bildirilir.
21.06.2019 12:49:00
Oxuma sayı: 58