Gürcüstan prezidenti Rusiyanı ittiham etdi
Ölçü:


Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.

Koordinat.az
xəbər verir ki, o, parlamentdə baş verən qarşıdurmanın böyük cinayət olduğunu bildirib.

Bununla belə, Zurabişvili parlament qarşısında etirazıların süni dalğa yaratdığını və antidövlət fəaliyyəti daşıdığını vurğulayıb.

O, həmçinin Rusiyanın beşinci kolonunun bu gün həddən artıq təhlükəli olduğunu da deyib: “Mən bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq. Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur – red.) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb”.
21.06.2019 12:26:00
Oxuma sayı: 56