Özəl inuversitetlərdə 18 min nəfər təhsil alır
Ölçü:


“Bu gün Azərbaycanda fəaliyyət göstərən 11 özəl ali təhsil müəssisələrində 18 min nəfər təhsil alır”.

Koordinat.az
xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsilin biznesi sektoru forumu – mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib. Nazir müavini bildirib ki, orta ixtisas təhsili sahəsində cəmi 4 özəl təhsil müəssisəsi mövcuddur: “Orada 4 min tələbə təhsil alır. Ən aşağı göstərici peşə təhsilindədir. Ölkədə cəmi bir özəl peşə məktəbi var. Yəqin ki, bundan sonra özəl təhsil müəssisələrinin yaradılması işi sürətlənəcək”.

F.Qurbanov əlavə edib ki, təhsilin bütün pillələrində özəl təhsil müəssisələri uğurla fəaliyyət göstərirlər: “Bunlar ən çox ümumtəhsil və ali təhsil sistemindədir. Son dövrlər məktəbəqədər təhsildə özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Belə ki, son 5 ildə onların sayı əhəmiyyətli dərəcədə artıb. Yəni 5 il bundan öncə məktəbqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür”.

O qeyd edib ki, bütün sahələrdə olduğu kimi təhsildə də sahibkarlığa və innovasiyalara xüsusi diqqət yetirilməlidir: “Müasir dövrdə təhsil müəssisələrində təkcə nəzəri biliklər yox, eyni zamanda praktiki bacarıqlar formalaşdırılmalıdır. Ona görə də təhsil müəssisələrində müxtəlif sahələr üzrə müəyyən istehsal sahələri yaradıla bilər və qanunvericilik də buna imkan verir”. 
21.06.2019 10:53:00
Oxuma sayı: 346