Jurnalist azadlıqdan məhrum edildi- 2 il 6 aylıq həbs
Ölçü:


Jurnalist Əfqan Sadıqov həbs edilib.

Koordinat.az
xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib. O, qeyd edib ki, işə Cəlilabad Rayon Məhkəməsində baxılıb: “Əfqan Sadıqov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi.”

Vəkil hökmün əsassız olduğunu iddia edərək Əfqan Sadıqovun Cəlilabad rayon icra hakimiyyətinin başçısının barəsində tənqidi yazılarına görə tutulduğunu qeyd edib. O, hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.
 
Xatırladaq ki, jurnalist Əfqan Sadıqov Cəlibadda fəaliyyət göstərən Azel.Tv saytının rəhbəridir.
12.01.2017 16:43:40
Oxuma sayı: 453