Şirkətlər daha çox bu bacarıqları olan işçilər axtarır - bacarıqların TOP 10-luğu
Ölçü:


Bir çox insanlar iş tapmaq üçün hansı bacarıqların onlar üçün daha faydalı olduğu haqda düşünürlər. Bu sual yalnız iş axtarışında olanları deyil, eyni zamanda gələcək ixtisası seçənləri və işəgötürənləri də narahat edir. LinkedIn bu sualın cavabını tapdı.

Koordinat.az
Banker.az-a istinadən xəbər verir ki,  saytın mütəxəssisləri Future of Skills adlı yeni hesabatında dünyanın ən dinamik inkişaf edən regionu olan Asiya-Sakit Okean regionunun 600 milyondan çox üzvü olan peşəkar ictimaiyyətin məlumatlarını topladılar.

Bu məlumatları təhlil etdikdən sonra ekspertlər işəgötürənlərin ən çox axtardıqları  bacarıqların siyahısını tərtib etmişlər. Gəlin onlara nəzər salaq:

Süni intellekt

Süni intellekt (AI) – insan əməyini əvəzləyən maşınlardan istifadə edən elm sahəsidir. Müasir dövrdə süni intellektin əhəmiyyəti daha da artır. Məsələn, məşhur Airbnb şirkəti virtual tanıma texnologiyasından istifadə edərək, potensial qonaqların xoşuna gələ biləcək şəkilləri seçir.

Vəzifələr:
Biznes-analitik
Məlumatlarla iş üzrə mütəxəssis
Proqram mühəndisi

Blokçeyn

Blokçeyn – özündə informasiya saxlayan bloklar zənciridir. Qeyd etmək lazımdır ki, son dövrlərdə blokçeyn daha da məşhur olmuşdur. Bunun əsas səbəbi isə insanların kriptovalyutalara marağın artmasıdır. Lakin bu texnologiyanın istifadə sahəsi olduqca genişdir. Bu gün blokçeyn hüquq, təhlükəsizlik və hətta təhsil sahələrində belə istifadə olunur.

Vəzifələr:
Blokçeyn işçisi
Texniki direktor
Məsləhətçi

Normativlərə uyğun olmaq

Müasir dövrdə şirkətlər müəyyən olunmuş normalara uyğun gəlməlidirlər, burada təkcə bir ölkənin müəyyən etdiyi çərçivələr deyil, şirkətin fəaliyyət göstərdiyi bütün ölkələr nəzərə alınmalıdır. Bu tendensiya normativlərin gözlənilməsinə nəzarəti həyata keçirən mütəxəssislərə tələbatın artmasına səbəb olub.

Vəzifələr:
Məlumatların təhlili üzrə direktor
Hüquqi-normativ uyğunluğa nəzarət edən mütəxəssis
Risklərin idarə edilməsi üzrə mütəxəssis
 
Fasiləsiz inteqrasiya

Proqram təminatında davamlı inteqrasiya dedikdə, bütün proqramların işini vahid platformada birləşməsi nəzərdə tutulur. Belə mütəxəssisin əsas vəzifəsi bütün  problemləri inkişafın erkən mərhələsində müəyyən etməkdir.

Vəzifələr:
Tərtibatın inteqrasiyası və istismarı üzrə mütəxəssis
Texnologiya mühəndisi
Proqram mühəndisi

Müştəri tətbiqinin inkişaf elətdirilməsi

Müştəri tətbiqlərinin inkişaf elətdirilməsi – İnternet istifadəçiləri tərəfindən istifadə edilən qrafik interfeys və ya veb səhifəyə məlumatların konvertasiya edilməsi prosesidir. Müasir dövrdə bu prosesə demək olar ki, bütün sahələrdə ehtiyac duyulur.

LinkedIn ekspertləri bu bacarığın 2021-ci ildə elektron ticarətin 3,5 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılan Asiya-Sakit Okean regionunun pərakəndə sektorunda xüsusilə vacib olduğunu vurğulayırlar.

Vəzifələr:
Müştəri tətbiqlərinin tərtibatçısı
Texnologiya mühəndisi
Veb-tərtibatçı

Jest tanıma texnologiyası

Jestləri tanıma texnologiyası insnalar ilə maşınlar arasındakı uçurumu aradan qaldırmaq məqsədini güdür. Proqnozlara görə, 2-25-ci ilə qədər jestləri tanıma texnologiya bazarı 30,6 milyard dollara çatacaq.
Texnologiya bankinq, ali təhsil və reklamda geniş istifadə olunacaq.

Vəzifələr:
Mobil platformalar üzrə mühəndis
Tədqiqatçı
Proqram  mühəndisi

İnsan yönümlü dizayn

İnsan yönümlü dizayn birinci yerə insan maraqlarını qoyur. Steve Jobs Apple məhsullarını yaradarkən bu prinsipi üstün tutub.

Vəzifələr:
Qrafik dizayner
Məhsul dizayneri
İstifadəçi təcrübəsinin dizayneri

Proseslərin robotlaşdırılmış avtomatlaşdırlması

Proseslərin robotlaşdırılmış avtomatlaşdırlması – biznes proseslərinin avtomatlaşdırlması formalarından biridir. Robotların və süni intellektin istifadəsi, təkrarlanan proseslərin avtomatlaşdırlması məsələsini asanlaşdırır.

Vəzifələr:
Biznes-analitik
Məsləhətçi
Robototexnika üzrə mütəxəssis
 
Sosial şəbəkələrdə marketinq

Marketinq əmtəə və xidmətlərin təşviq etmək üçün sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkələr təkcə Asiya-Sakit Okean regionunda deyil, bütün dünya üzrə geniş yayılmağa başlayıblar.

Vəzifələr:
Rəqəmsal marketinq mütəxəssisi
Marketinq üzrə menecer
Sosial şəbəkələrdə marketinq üzrə menecer

Sənəd dövriyyəsinin avtomatlaşdırlması

Sənəd dövriyyəsinin avtomatlaşdırılması – sənədlərin emalının avtomatlaşdırlması prosesidir. Avtomatlaşdırma vaxta qənaət etməyə və diqqəti daha mürəkkəb məsələlər üzərində cəmləşdirməyə kömək edir.

Vəzifələr:
Məsləhətçi
Layihə meneceri
Proqram mühəndisi
21.06.2019 10:06:00
Oxuma sayı: 26