Məmmədyarovun Mnatsakanyanla Vaşinqtondakı görüşü barədə rəsmi açıqlama
Ölçü:


“Azərbaycan tərəfi bundan öncə Paris və Moskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu ilin 20 iyun tarixində Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığını ifadə edir”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında keçirilmiş görüşün yekunları barədə bildirib: “Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. 3 saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib".

Bildirilir ki, Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.
21.06.2019 09:51:00
Oxuma sayı: 48