İki bank valyuta satışını bərpa etdi
Ölçü:


Bu gün daha 2 bank dollar satışına start verib.

Koordinat.az
xəbər verir ki, Fins.az-ın yaydığı məlumata görə, yanvarın 12-də "BTB Bank" və "Expressbank" xarici valyuta satışını müəyyən limitlə davam etdirir. İndi "BTB Bank"dan 300 dollara qədər valyuta almaq mümkündür. "Expressbank" isə cəmi 200 dollar satır.

Xatırladaq ki, Mərkəzi Bankın son hərracda iri həcmdə valyuta ıxarmasından sonra banklar dollar "kisələri"ni açmağa başlayıb. Artıq dünəndən 10-a yaxın bank dollar satışını bərpa edib.
12.01.2017 13:09:00
Oxuma sayı: 75