Avropa Şurasının direktoru İlqar Məmmədova görə Bakıya gəlib
Ölçü:


Avropa Şurası hüquq departamenti katibliyinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktor Aleksander Hesselin Azərbaycana gəldiyi bildirilir.

Koordinat.az xəbər verir ki, bu barədə «Turan» agentliyinin məlumat yayıb. Bildirilir ki,  səfərdə məqsəd hökumətlə müzakirələr aparmaqdır.

Xəbərdə qeyd edilir ki, Avropa Şurasının Baş katibi Törbörn Yagland yanvarın 11-də Strasburqdakı çıxışında da Bakıya yola salınan missiya haqqında danışıb: «Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla bağlıməsələləri müzakirə edəcək».

Filip Buaya və Aleksander Hesseli yanvarın 11-də Baş Prokurorun müavini Namiq Əsgərov qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Namiq Əsgərov görüşdə deyib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi prioritet vəzifələr sırasındadır.

Azərbaycan səfərindən məmnunluğunu ifadə edən Philippe Boillat isə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.
12.01.2017 13:51:31
Oxuma sayı: 803