Beş il müəllim işləyənlərə də mənzil veriləcək - güzəştli şərtlərlə
Ölçü:


MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi "ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü” kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.

Agentlikdən Koordinat.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur.

Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə "MİDA” MMC-nin sərəncamına verilərək "Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq.

Qeyd edək ki,  Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün 2 əhali qrupu hədəf olaraq müəyyən edilir: seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslər. Yol Xəritəsinə əsasən, dövlət sifarişi – müvafiq dövlət orqanının, təşkilatının və ya müəssisəsinin MİDA tərəfindən inşa ediləcək binalarda uyğun qiymətə mənzillərin ayrılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada edilən sifarişidir.

29.12.2017 16:48:00
Oxuma sayı: 13227