Tillerson ABŞ-ın dövlət katibi olur
Ölçü:


ABŞ Senatı Reks Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək.

Koordinat.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, bunu ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker bəyan edib: “Çox güman ki, Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”.

ABŞ-da dövlət katibini prezident Senatın razılığı ilə təyin edir. Bu gün Senatda “ExxonMobil” şirkətinin sabiq  başçısı Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə namizədliyinin təsdiq edilməsinə dair dinləmələr keçirilib.

Reks Tillerson 90-cı illərdə “ExxonMobil” şirkətinin Rusiyadakı layihələrinə rəhbərlik edib, 2011-ci ildə “Rosneft” şirkəti ilə Arktika şelfində  neft yataqlarının birgə işlənməsinə dair saziş imzalayıb.

R.Tillerson 2013-cü ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.  “ExxonMobil” şirkətinin rəhbəri vəzifəsində Rusiyaya qarşı sanksiyaların əsas əleyhdarlarından olub.

 

12.01.2017 10:28:00
Oxuma sayı: 287