Şəmkirdəki məktəblə bağlı araşdırmalara başlanıldı - "seks qalmaqalı"
Ölçü:


Təhsil Nazirliyi və Şəmkir rayon Təhsil İdarəsi Müşfiq Süleymanov adına Seyfəli kənd orta məktəbində baş verən qalmaqalla bağlı araşdırmaya başlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.

Xatırladaq ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada  laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.
12.01.2017 09:52:00
Oxuma sayı: 606