Trampın mətbuat konfransı qalmaqalla başladı: "Putinin məndən xoşu gəlirsə..."
Ölçü:


ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın mətbuat konfransı ona qarşı səsləndirilən komromatdan başlayıb.

Koordinat.az 
xəbər verir ki, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib. Tramp yayılan xəbərləri cəfəngiyat adlandıraraq,  adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.

Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib.

Tramp özüe isə bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir:  “Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir. Lakin Rusiya ilə münasibətlərin yaxşılaşdırılması müsbət hal olardı. Məsələn, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin məndən xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanlarımız az deyil”.
11.01.2017 20:39:00
Oxuma sayı: 96