Rusiyanı Krıma görə daha sərt cəzalandırmaq lazımdır
Ölçü:


Rusiyanın Ukraynaya qarşı aksiyasına “daha sərt” cavab verilməlidir. 

Koordinat.az
xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi postuna namizəd Reks Tillerson bəyan edib. Tillerson namizədliyinin Senatın beynəlxalq əlaqələr üzrə komitəsində müzakirəsi zamanı qeyd edib ki, Ukrayna ABŞ və NATO-dan onun müdafiə silahı ilə təminatını xahiş etməlidir.

Onun çıxışı zamanı zalda etiraz edənlər hətta qışqıraraq deyiblər: “Senatorlar kişi olun, bu adamı Dövlət Departamentinə rəhbərlik etməyə imkan verməyin”.

Tillerson deyib ki, Rusiya Krımı ələ keçirməklə Ukraynaya qarşı işğalçı kimi çıxış edib.

11.01.2017 21:47:00
Oxuma sayı: 484