İraq neft hasilatını azaltmağı düşünmür
Ölçü:



Neft bazarında qiymətlərin sabitləşməsindən uzun zaman keçmədən İraq fevral ayında hasilatı rekord həddə çatdıracağını bildirib.

Koordinat.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, İraq OPEC-in hasilatı azaltması ilə bağlı anlaşmasına əməl etməyərək hasilatı dekabr ayındakı orta günlük 3,51 mln. barel həcmindən fevral ayında 3,641 mln. barelə çatdırmaq istədiyini açıqlayıb. Bu barədə məlumat İraq dövlət neft şirkəti SOMO tərəfindən verilib. Belə olarsa, hasilatda artım gündəlik 130 min barel və ya 3,7% təşkil edəcək.

Neft treyderləri ilkin mərhələdə anlaşma tərəflərinin şərtlərə tam əməl edəcəklərini və hasilatı artırmayacaqlarını düşünsələr də İraq 2017-ci ildə hasilatı 7% yüksəldəcəyini planlaşdırdığını bildirib. Bu xəbərin açıqlanmasından sonra neft qiymətləri 54 dollar/bareldən aşağı düşüb.

Xatırladaq ki, bu gün səhər ABŞ Neft İnstitutu tərəfindən ölkədə neft ehtiyatlarının gözlənilən 900 min bareldən daha çox, yəni 1,5 mln. barel artdığı açıqlanıb.

"Report"un analitik qrupu neft qiymətlərinin ilkin mərhələdə 50 dollar/barelə qədər geriləyəcəyini proqnozlaşdırır.

11.01.2017 20:05:00
Oxuma sayı: 127