Azərbaycan klubu "Fənərbağça" ilə qarşılaşacaq
Ölçü:



Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün növbəti oyununu keçirəcək.

Koordinat.az
-ın məlumatına görə, C qrupunun mübarizəsində rəqib Türkiyənin "Fənərbağça" klubu olacaq.

İlk turda hər iki komanda qələbə qazanıb. Bakı təmsilçisi evdə Polşanın "Dabrova Qornitsa" komandasına 3:1, İstanbul klubu isə səfərdə Fransanın "Sen-Rafael" komandasına 3:0 hesabı ilə qalib gəlib.

İlk oyunların nəticəsinə əsasən "Fənərbağça" qrupda birinci, "Azərreyl" isə ikinci pillədə qərarlaşıb. Bu gün İstanbulda qələbə qazanan qrup liderliyində möhkəmlənəcək.

Çempionlar Liqası, qrup mərhələsi, II tur
C qrupu

20:00. "Fənərbağça" (Türkiyə) - "Azərreyl" (Azərbaycan)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simyon Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu

"Azərreyl" növbəti oyununu fevralın 9-da keçirəcək. Bakıda baş tutacaq görüşdə rəqib "Sen-Rafael" klubu olacaq.

11.01.2017 19:35:00
Oxuma sayı: 680