UEFA "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb
Ölçü:

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında çıxış edə bilməyəcək


UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb. 

Koordinat.az-ın məlumatına görə, buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play"ini pozmasıdır.

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib. Üstəlik, işin araşdırılmasına çəkilən 3 min avro da klub tərəfindən ödəniləcək.

"Partizan" Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, "Partizan" Avropa Liqasının 2012/2013 mövsümündə Bakının "Neftçi" klubu ilə eyni qrupda mübarizə aparıb. Bakıdakı görüş 1:1, Belqraddakı qarşılaşma isə 0:0 hesablı heç-heçə ilə nəticələnib. Üstəlik, komandalar 2014/2015 mövsümündə pley-off mərhələsində də üz-üzə gəlib. Serbiya təmsilçisi iki oyunun nəticəsinə əsasən (3:2; 2:1) mərhələ adlayan tərəf olub.

11.01.2017 18:20:00
Oxuma sayı: 123