“Rusiya ilə ən kiçik münasibətim belə yoxdur" - TRAMP
Ölçü:


ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib. 

Koordinat.az-ın xəbərinə görə, D. Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün “Twitter” səhifəsində iri hərflərlə bunları yazıb: “Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”   

D. Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

11.01.2017 19:05:00
Oxuma sayı: 164