Gürcüstan “Qazprom”un təklifini qəbul edib
Ölçü:


Gürcüstan hökuməti “Qazprom”un Ermənistana satdığı təbii qazın ölkə ərazisindən nəqlinə görə nağd pul ödəmək barədə təklifini qəbul edib.

Koordinat.az
xəbər verir ki, bu barədə razılıq Hökumətin yanvarın 11-də keçirilən iclasında əldə olunub. Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə “Qazprom eksport”un təklif etdiyi variant Gürcüstan üçün ən əlverişlisidir.

Nazir bildirib ki, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq. Onun sözlərinə görə, əvvəlki müqavilədə olan müddəaların çoxu qüvvədə qalacaq. Yalnız qazın nəqlinə görə ödəmələrlə bağlı maddələr dəyişdirilir.

K.Kaladze qazın nəqlinə görə “Qazprom”un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib(azərtac).
11.01.2017 18:03:39
Oxuma sayı: 165