Beynəlxalq Bankın yeni sədri danışdı: "Bankı sağlamdıra biləcəyik"
Ölçü:


Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir.

Koordinat.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib. Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir: "Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində bankın sağlamlaşdırılmasına nail ola biləcəyik. Maliyyə Sabitliyi Şurası da bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımlar da davam etdirilir. Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

Xatırladaq ki, Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə dünən seçilib. O, 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib. Bank sektorunda 1999-cu ildən çalışan X. Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.
11.01.2017 17:56:56
Oxuma sayı: 767