İran ABŞ-ın pilotsuz aparatını vurub
Ölçü:


İran hərbçiləri Fars körfəzinin girişində ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatı (PUA) vurub.

Koordinat.az xəbər verir ki, bu barədə “PressTV” məlumat yayıb. Telekanalın məlumatına görə, SEPAH-ın hərbçilərinin vurduğu PUA Amerikanın “Global Hawk” tipli aparatıdır.

İran tərəfinin açıqlamasına görə, ABŞ-a məxsus aparat İranın hava məkanını pozub. İnsidentin Hormazqan əyalətini yaxınlığından baş verdiyi deyilir.

 
20.06.2019 10:38:00
Oxuma sayı: 25