Vergi xidmətləri təsdiqləndi – SİYAHI
Ölçü:


Azərbaycanda vergi müvəkkillərinin iş adamlarına göstərəcəyi xidmətlərin siyahısı məlum olub.

Koordinat.az
xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov "Vergilər Nazirliyi ilə vergi müvəkkilləri arasında əməkdaşlıq sazişi"nin nümunəvi formasını təsdiq edib. Yeniliyə əsasən, vergi müvəkkili vergi ödəyicisi ilə bağladığı müqaviləyə uyğun olaraq ona aşağıdakı istiqamətlər üzrə, lakin bunlarla məhdudlaşdırılmayan xidmətlər göstərə bilər:

•     vergi orqanlarında təmsilçilik xidməti;
•     vergi orqanları ilə münasibətdə sənədlərin hazırlanması xidməti;
•     gəlir və xərclərin uçotunun aparılması xidməti;
•     vergilərin hesablanması xidməti;
•     bəyannamələrin hazırlanması xidməti;
•     bəyannamələrin göndərilməsi xidməti;
•     qanunvericiliyin tələblərinin vergi ödəyicilərinə çatdırılması xidməti;
•     vergi ödəyicisinə onun fəaliyyətinin təşkili sahəsində göstərilən məsləhət xidməti.
20.06.2019 10:23:00
Oxuma sayı: 179