Məmmədyarov həmsədrlərlə görüşdü
Ölçü:


Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov  ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Koordinat.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter" səhifəsində yazıb.

Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti ilə görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Qeyd edək ki, bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

20.06.2019 09:32:00
Oxuma sayı: 80