HTC son 11 ildə ən az gəlir əldə etdi
Ölçü:


Ötən ilin dekabr ayında HTC şirkətinin mənfəəti noyabr ayı ilə müqayisədə 16,4 faiz, 2015-ci ilin dekabr ayı ilə müqayisədə isə 1,7 faiz azalıb.

Koordinat.az-ın “DigiTimes” nəşrinə istinadən məlumatına görə, şirkətin il ərzində xalis mənfəəti 200 milyon dollar təşkil edib. 

HTC-nin 2016-cı il üçün ümumi gəliri 2,45 milyard dollar olub ki, bu da daha əvvəlki illə müqayisədə 35 faiz azdır. Müşahidəçilər qeyd edir ki, bu, son 11 il ərzində şirkətin əldə etdiyi ən az gəlirdir. Şirkətin rekord həcmdə gəlirləri isə 2011-ci ildə olub və 14,6 milyard dollar təşkil edib. 

2016-cı ilin dördüncü rübündə HTC-nin dövriyyəsi 694 milyon dollar olub ki, bu da 2015-ci ilin dördüncü rübü ilə bərabərdir. Müşahidəçilər gözləyir ki, HTC şirkəti üçün bu tendensiya yaxın gələcəkdə də saxlanılacaq.

11.01.2017 15:50:00
Oxuma sayı: 368