Metropolitenin B3 planı
Ölçü:


“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarından sonra bənövşəyi xəttin B3 (şərti ad) stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Qurum rəsmisi hazırda tikintisi davam edən B3 stansiyasının 2018-ci ildə sərnişinlərin ixtiyarına veriləcəyini açıqlayıb.

Xatırladaq ki, Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo tikintisi nəzərdə tutulub. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

 
11.01.2017 16:05:00
Oxuma sayı: 517