4 ayda Azərbaycanda 20 mindən çox insan dünyasını dəyişib
Ölçü:


2019-cu ilin yanvar-aprel aylarında ölkədə 20135 ölüm halı qeydə alınıb.

Koordinat.az
-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.

Bu ilin ilk dörd ayında qeydiyyat şöbələri tərəfindən 18273 nikah və 5562 boşanma halları qeydə alınıb  və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub.

Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 550 nəfər Azərbaycana gələn, 464 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 86 nəfər təşkil edib.

19.06.2019 18:08:00
Oxuma sayı: 37