Ermənistanda 28 yaşlı gənc ədliyyə naziri oldu - FOTO
Ölçü:


Ermənistan prezidenti Armen Sarkisyan 28 yaşlı Rüstəm Badasyanın ədliyyə naziri təyin olunması barədə sətəncam verib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, buna qədər o, vəkillik fəaliyyəti ilə və Dövlət Mənfəət Komitəsində sədr müavini postlarında çalışıb.

Rüstəm Badasyan bu vəzifədə öz istəyi ilə istefaya çıxan Artak Zeynalyanı əvəz edəcək.
19.06.2019 16:59:00
Oxuma sayı: 80