Ordubad Su Elektrik Stansiyasının təməli qoyulub –FOTO
Ölçü:


Bu gün Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.

Koordinat.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq.

Dövlət başçısı yeni stansiyanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.
11.01.2017 13:21:38
Oxuma sayı: 111