BMT Qaşıqçı ilə bağlı sirrləri açdı
Ölçü:


Səudiyyə ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür.

Koordinat.az
xəbər verir ki, bunu BMT-nin xüsusi reportyoru Aqnes Kallamard cinayətlə bağlı hazırladığı sənəddə qeyd edib. Kallamard bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyədən üzr istəməlidir.

Sənəddə yer alan maddələr:
– Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsuliyyət daşıdığı məhkəməsiz edamdır.
– Səudiyyə Ərəbistanı diplomatik üstünlüklərindən sui-istifadə etməsinə görə Türkiyə hökumətindən üzr istəməlidir.
– ABŞ Qaşıqçı cinayətinin araşdırılması üçün Federal Təhlükəsizlik Bürosunda istintaq başlatmalıdır.
– Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin də daxil olduğu ali səviyyəli nümayəndlərin istintaqa cəlb olunması üçün dəlillər mövcuddur.
– BMT-nin baş katibi Antonio Quterres Qaşıqçının qətli ilə bağlı cinayət dosyesi açmalıdır.
– Qaşıqçının öldürülməsi ilə bağlı sanksiyalar Məhəmməd ibn Salman və onun xaricdəki mülklərini əhatə etməlidir. 
19.06.2019 15:41:00
Oxuma sayı: 26