Tranzit trafik xətt yaradılacaq
Ölçü:


Tranzit trafikin həcminin artırılması və beynəlxalq şlüzlərə çıxışın səmərəliliyinin yüksəldilməsi üçün “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə fiber-optik internet xəttinin Xəzər dənizinə düşən hissəsinin çəkilməsi istiqamətində texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək və təhlilin nəticələrindən asılı olaraq müvafiq addımlar atılacaq.

Koordinat.az
xəbər verir ki, bu fikirlər “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Sənəddə həmçinin deyilir ki, sabit şəbəkədə istismardan çıxarılmış mis xammaldan istifadə ediləcək. Rekonstruksiya nəticəsində istismardan çıxarılmış kabellərdə olan mis xammalın realizasiyası üsulları təhlil ediləcək. Xammal satışı nəticəsində əldə olunan vəsaitin telekommunikasiya sektoru və ya dövlət siyasətinə uyğun olaraq, digər prioritet sahələrə yönəldilməsi istiqamətində təhlillər aparılacaq.
11.01.2017 11:49:00
Oxuma sayı: 448