Ermənistan şəhidimizin cəsədini qaytarmaq üçün şərt qoydu - "Azərbaycan günahını boynuna alsa..."
Ölçü:


14 gün əvvəl cəbhə xəttində şəhid olan əsgər Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də düşmən əlindədir.

Koordinat.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) şəhidin nəşinin qaytarılması üçün tərəflərlə danışıqlar aparsa da, Ermənistan bu çağırışlara məhəl qoymayaraq, əsgərin meyitin qaytarmaqdan imtina edir. Şəhid əsgərin valideynləri isə böyük intizar və üzüntü ilə övladlarının meyidini gözləyir.

Ermənistanda nəşr olunan “Aykakan jamanax” qəzetinin yaydığı məlumata görə, rəsmi İrəvan Beynəlxalq Qırmızı Xaç Komitəsi müraciətinə cavab olaraq bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz. Ermənistan hökuməti hətta Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.
11.01.2017 11:34:31
Oxuma sayı: 503