Daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik
Ölçü:


Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeniliyə imza atıb.

Koordinat.az
xəbər verir ki, daşınmaz əmlakın qeydiyyatında növbəti yenilik olan «Əmlakın qeydiyyatı Kalkulyatoru»nun vətəndaşların istifadəsinə verilməsi ilə bağlıdır. Bu yeniliyin məqsədi qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsidir. Belə ki, “Əmlak kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər.
11.01.2017 09:56:06
Oxuma sayı: 176