Qaz kəmərindəki yanğın söndürülüb
Ölçü:


Fövqəladə Hallar Nazirliyi (FHN) Səngəçalda yerləşən magistral qaz kəmərində baş verən yanğın barədə məlumat yayıb.
 
Koordinat.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb.
11.01.2017 09:31:00
Oxuma sayı: 230