Gürcüstandan Moskvaya sərt ittiham: “Rus əsgərləri Abxaziyada vandalizm törədir”
Ölçü:


“Abxaziyanın Tsabal kəndində 19-cu əsrə aid kilsə və polyak qəbristanlığı dağıdılıb. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir”.

Koordinat.az
xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
“Kavkaz-uzel”in yaydığı məlumata  görə, prezident bildirib ki, kilsənin dağıdılması  Rusiya tərəfinin təşəbbüsüdür: “Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq  hüquq normaların kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir”.

Qeyd edək ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb.
10.01.2017 19:02:57
Oxuma sayı: 452