Neft Fondunun büdcəsi təsdiqləndi-  Mərkəzi Banka 7,5 milyard manat transfert
Ölçü:


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında fərman imzalayıb.

Koordinat.az xəbər verir ki, fərmanla ARDNF-nin 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilib.

Fondunun 2017-ci il büdcəsinin xərcləri bu istiqamətlər üzrə olacaq:

- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 90 000,0
- Dövlət büdcəsinə transfertin yuxarı həddi - 6 100 000,0
- Mərkəzi Banka transfertin yuxarı həddi - 7 500 000,0
- Samur-Abşeron kanalının yenidən qurulması layihəsi -70 000,0
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi -165 825,0
-“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi - 29 304,0
- Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi -496 155,0
- Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər- 32 572,0.

Bu fərmanla “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiq edilib.
 
10.01.2017 18:38:28
Oxuma sayı: 609