Ramiz Mehdiyev Patruşevlə görüşüb
Ölçü:


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ufa şəhərində keçirilən X təhlükəsizlik məsələlərinə məsul yüksək rəsmilərin beynəlxalq görüşü zamanı danışıqlar aparıblar.

Koordinat.az
xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Bildirilir ki, görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.

Qeyd edək ki, bənzər görüş Rusiya tərəfi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib/Report.

19.06.2019 10:02:00
Oxuma sayı: 37