Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə
Ölçü:


ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Dağlıq Qarabağ münaqişəsi barədə fikir bildirib.

Koordinat.az
-ın məlumatına görə, Con Bolton özünün "Twitter" səhifəsində qeyd edib ki, ABŞ Dağlıq Qarabağ məsələsində Azərbaycan və Ermənistan arasında dialoqun inkişafına çalışmaqda davam edəcək. O, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə keçiriləcək görüşü gözlədiklərini bildirib.

Con Boltonun sözlərinə görə, ABŞ "regionda sülhü təşviq etməyə hazırdır".
19.06.2019 09:44:00
Oxuma sayı: 39