Ermənilər 100 metr daha Gürcüstana doğru sərhədlərini genişləndirdilər - VİDEO
Ölçü:



Erməni xisləti hər yerdə özünü büruzə verir. Bu xalqın torpaq işğalından gözü doymur. Azərbaycana təcavüzü ilə yanaşı eRmənistan qonşusu və qonşumuz olan Gürcüstanın da torpaqlarını işğal edir. Zəbt olunan ərazi isə azərbaycanlıların dədə-baba torpaqlarıdır. Gürcülər isə bu təcavüzə hələ ki, göz yumur.  

Koordinat.az
TTV-yə istinadən xəbər verir ki, eRmənistan Gürcüstana doğru sərhədlərini daha 100 metr irəliyə çəkib.

Bura Gürcüstan Ermənistan sərhəddidir. Daha dəqiq desək, azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Təzəkənd kəndi. Burda yaşayan soydaşlarımız deyir ki, düşmən təkcə Azərbaycan eRmənistan sərhəddində yox, elə burada da təxribatlarından əl çəkmir.

Soydaşlarımız bildirir ki, əvvəllər heyvanlar sərhəddi keçən zaman rahatlıqla geri qaytamaq olurdu. İndisə nəinki mal-qara geri qaytarılmır, hətta sakinlərin min bir əziyyətlə əkib becərdiyi təsərrüfat səhalərindəki hazır məhsulu da düşmən mənimsəyir.

Sakinlərlə yenicə danışmağa başlamışdıq ki, çəkilişimizdən xəbər tutan Gürcü hərbçiləri kəndə gələrək burda çəkiliş aparamağın qadağan olduğunu bildirdi. Sonra bizi başqa bir yerə apardılar və uzun sürən sorğu-sualdan sonra sərbəst buraxdılar.

Çəkilişə mane olan Gürcüstan hərbçiləri dolayısıyla ölkələrinin xeyrinə olan məsələnin qabardılmasına mane oldu. Axı delimitasiya - yəni sərhədlərin dəqiq cızılması elə dövlətin özünün xeyrinədir. Təzəkəndin köhnə sakinləri isə deyir ki, dədə-babadan yaşadıqları bu yerlərin eRmənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığındakı dağların zirvəsindən keçirdi. İndi isə erməni hərbçiləri lap burnumuzun ucuna gəlib çıxıb. Gürcüstan tərəfi isə deyəsən burnunun ucunu görə bilmir.


04.08.2015 23:21:37
Oxuma sayı: 1178