Bu nazirlik və komitələrdə əməkhaqqı 40 faiz artırıldı - SİYAHI
Ölçü:


Prezident İlham Əliyev bir sıra nazirlik və dövlət komitələrdə çalışanların aylıq maaşının artırılması barədə sərəncam imzalayıb.

Koordinat.az xəbər verir ki, müvafiq sərəncamlarla aşağıdakı qurumlarda çalışan hərbi qulluçuların maaşı 40 faiz artırılıb:
-Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları
-Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları
-Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları
-Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları
-Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları
-Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları
-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları
-Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşları
-Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçuları
-Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçiləri
-Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçiləri
-Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçiləri.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

18.06.2019 20:48:00
Oxuma sayı: 228