Merkeldən Rusiyaya xəbərdarlıq
Ölçü:


Almaniya və Ukrayna hesab edir ki, anti-Rusiya sanksiyaları yalnız Minsk sazişlərinin həyata keçirilməsində irəliləyişlər olduğu halda, yumşaldıla bilər.

Koordinat.az xəbər verir ki, bu barədə Berlində Almaniya Kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdyi mətbuat konfransında bildirib: “İrəliləyiş olmayana qədər sanksiyalar aradan qaldırıla bilməz”.

Merkel əlavə edib ki, “Minsk formatında” müşavirlərin görüşü iyulun 12-də keçiriləcək.
18.06.2019 16:46:00
Oxuma sayı: 92