DİN də itkin düşən Mehman Hüseynovu axtarır
Ölçü:


Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanılıb-saxlanılmadığını araşdırır.

Koordinat.az
xəbər verir ki, bu barədə Modern.az-a DİN-nin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib. O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Mehman Hüseynovun yoxa çıxması ilə bağlı yaxınları sosial şəbəkədə məlumat verib. Bloqqerin itməsi ilə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına Mehman Hüseynovun artıq axtarışa verildiyini deyiblər.
10.01.2017 11:17:00
Oxuma sayı: 99