Nazir məktəb direktorunu  işdən azad etdi - ƏMR
Ölçü:


Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Koordinat.az
-ın məlumatına görə, məktəb direktorunun işdən azad olunmasına səbəb vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.
Məlum olub ki, 1 nömrəli tam orta məktəbdə direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrinə müəllimlər də məcburi şəkildə cəlb edilib.

Bununla yanaşı, məktəbdən dəfələrlə şəhər hüquq-mühafizə orqanlarına, o cümlədən şəhər Təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

18.06.2019 16:13:00
Oxuma sayı: 33