Rusiya sovet dövründən qalma raket müqaviləsi dayandırdı
Ölçü:


Rusiya Dövlət Duması SSRİ və ABŞ arasında 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsini (Treaty between USA and USSR on the Elimination of Their Intermediate-Range and Shorter-Range Missiles – INF Treaty) dayandırmaq barədə qanunu təsdiqləyib.

Koordinat.az
xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb. Bundan əvvəl müvafiq qanun layihəsi Rusiya parlamentinə Prezident Vladimir Putin tərəfindən təqdim edilmişdi. Sənədə görə, Rusiya prezidenti müqaviləni bərpa etmək səlahiyyətinə malikdir.

Bu il fevral ayının 2-də ABŞ Konqresinin Beynəlxalq İşlər, Təhlükəsizlik, Müdafiə komitələrində də İNF müqaviləsinin dayandırılması barədə qanun layihəsi dəstəklənmişdi/Report.

18.06.2019 16:06:00
Oxuma sayı: 62