Şəhid əsgərimizin meyiti düşmən əlindədir - 13-CÜ GÜN
Ölçü:

2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə  Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz  Qurbanov Çingiz Salman oğlunun meyiti 13 gündür düşmən əlindədir.

Koordinat.az
xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) şəhidin nəşinin qaytarılması üçün tərəflərlə danışıqlar aparsa da, Ermənistan bu çağırışlara məhəl qoymayaraq, əsgərin meyitin qaytarmaqdan imtina edir. Şəhid əsgərin valideynləri isə böyük intizar və üzüntü ilə övladlarının meyidini gözləyir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Düz 13 gündür bu müraciətlər nəticəsiz qalır. Ermənistan Çingiz Qurbanovun cəsədini təmas xəttindəki ərazidən İrəvana apardıqdan sonra şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yaymaqla dünyaya mesaj, Azərbaycana isə acıq verməkdədir.

 
10.01.2017 10:55:22
Oxuma sayı: 999