Siyasi qruplar Qarabağdan öz maraqlarına istifadə edirlər
Ölçü:


"Suriya müftisinin Dağlıq Qarabağla bağlı bəyanatı onun özünə siyasi xallar, imic və lazımi vəziyyət qazanmaqdan başqa məqsəd daşımır".

Koordinat.az
xəbər verir ki, APA-nın yaydığı məlumata görə, bu barədə rus pravoslav xristianlarının Bakı və Azərbaycan Yeparxiasının Arxiyepiskopu Aleksandr söyləyib: "Dağlıq Qarabağ münaqişəsi dini və yaxud milli zəmində yaranan münaqişə deyil. Bu siyasi münaqişədir və siyasi qruplar öz maraqlarına uyğun ondan istifadə edir. Buna görə də münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır, siyasi ambisiyalar əsasında yox".

Xatırladaq ki, Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Rusiya KİV-ində müsahibəsi yayılıb. O, Suriyada və dünyada baş verən proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna da toxunub və bildirib ki, dünyada ərazi mübahisələrinə son qoymağın vaxtı çatıb.
09.01.2017 21:29:00
Oxuma sayı: 125