Xarici işlər nazirlərinin müavinləri Vyanada görüşür
Ölçü:


Bu gün Vyanada İran ekspertlər heyətinin iştirakı nüvə sazişi üzrə ortaq komissiyasının iclası keçiriləcək.

Koordinat.az xəbər verir ki,  "5+1" çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində iclas isə yanvarın 10-da baş tutmalıdır.

Xatırladaq ki, bu yaxınlarda İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif nüvə sazişinin ABŞ tərəfindən ləğv edilməsi ilə əlaqədar Avropa İttifaqının xarici siyasət komissarı Federika Moqeriniyə məktub göndərib. Məktubda ortaq komissiyanın toplanması və ABŞ-ın son cəhdlərinin araşdırması xahiş edilib. 
09.01.2017 19:31:07
Oxuma sayı: 54