Seyfəlidəki təlim poliqonundan atılan mərmi Gəncəyə düşüb - nazir danışdı
Ölçü:


Azərbaycan müdafiə naziri Zakir Həsənov “Seyfəli” poliqonundan atılmış  tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Koordinat.az xəbər verir ki, nazir bildirib: “Seyfəli” sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.
18.06.2019 12:28:00
Oxuma sayı: 91